Eminem

Eminem
Eminem 2021-ci ildə istifadəyə verdiyi “Mom's Spaghetti” adlı restoranında
Eminem 2021-ci ildə istifadəyə verdiyi “Mom's Spaghetti” adlı restoranında
Ümumi məlumatlar
Doğum adı Marshall Bruce Mathers III
Doğum tarixi 17 oktyabr 1972(1972-10-17)[1][2][…] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 3[3]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqi şirkəti idarəçisi[d], aktyor, kino aktyoru, iş adamı, təşəbbüskar, müğənni
Fəaliyyət illəri 1988-ci ildən
Janrlar hip-hop[d], hardkor hip-hop[d], horrorkor[d]
Səs tembri tenor[4]
Albom şirkətləri Interscope Records, Aftermath Entertainment
Təhsili
Üzvlüyü
Mükafatları Academy Award for Best Original Song
İmzanın şəkli
eminem.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eminem (əsl adı: Marşall Brüs Meters III; 17 oktyabr 1972[1][2][…], Sent-Cozef, Missuri, ABŞ[1][2]) — ABŞ repçisi. O, hip-hop janrını Orta Amerikada populyarlaşdırıb və indiyə qədərki ən yaxşı repçilərdən biri hesab olunur. Bəziləri inanır ki, onun uğuru ağdərili repçilər üçün musiqi sənayesində qapılar açıb. Eminem 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikanın aşağı təbəqəsinin mübarizəsini əks etdirən mübahisəli transaqressiv əsərlərinə görə tanınır. Müxtəlif janrlarda olan bir çox musiqiçi ondan ilham alıb və onun təsirini geniş şəkildə qəbul edir. Eminem dörd "Brit" və on beş "Qremmi" mükafatı laureatıdır.

Eminem ilk albomu olan "Infinite"-ı 1996-cı ildə çıxarıb, bundan bir il sonra 1997-ci ildə "Slim Shady EP" adlı mini-albom təqdim etmişdir. Eminem bu iki buraxılışından sonra Dr. Dre-nin Aftermath Entertainment leyblı ilə müqavilə bağlamışdır. O, 1999-cu ildə buraxdığı albomu "The Slim Shady LP" sayəsində məşhurlaşır. Eminemin növbəti iki albomu, "The Marshall Mathers LP" (2000) və "The Eminem Show" (2002) bütün dünyada böyük hit olur və hər ikisi "İlin Albomuna görə" ona "Qremmi" mükafatı qazandırır. 2004-cü ildə Eminem "Encore" albomunu çıxardıqdan sonra dərman asılılığı səbəbindən musiqiyə fasilə verir. Dörd ildən sonra 2009-cu ildə musiqi sənayesinə qayıdaraq "Relapse" və "Recovery" albomlarını təqdim edir. İkincisi 2010-cu ildə dünyada ən çox satılan alboma çevrilir. Bu, 2002-ci ildə "The Eminem Show"-dan sonra Eminemin bu uğura nail olan ikinci albomu olmuşdur.

Eminem 2002-ci ildə musiqili dram filmi "8 mil"də baş rola çəkilmişdir. Bu filmdə özünün uydurma versiyasını ifa edir. Onun filmdə səsləndirdiyi "Lose Yourself" mahnısı ABŞ-də musiqi cərgələrinə başçılıq edirdi. Bu üstəlik sənətçiyə "Ən Yaxşı Orijinal Mahnı" nominasiyasında "Oskar" mükafatı qazandırmışdır. Bu, onu bu şərəfə çatan ilk hip-hop sənətçisi etmişdir.

  1. 1 2 3 4 Marshall B. Mathers III // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 3 4 Eminem // Internet Broadway Database (ing.). 2000.
  3. https://www.rollingstone.com/music/music-news/eminem-on-the-road-back-from-hell-249093/.
  4. http://www.criticofmusic.com/2013/05/vocal-range-eminem.html.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search